ABŞ-da “Milton” qasırğası nəticəsində bir neçə nəfər ölüb

ABŞ-ın Florida ştatının Sent-Lusi dairəsinin rəsmiləri “Milton” qasırğası nəticəsində bir neçə nəfərin öldüyünü bildirib. SİA xəbər verir ki, bu barədə “WPBF 25 News” məlumat yayıb. Səlahiyyətlilər polis nümayəndələri və yanğınsöndürənlərin zərərçəkmişlərə yardım göstərmək və əməliyyat-axtarış tədbirlərini davam etdirmək üçün dağılmış ərazilərə baxış keçirdiyini bildiriblər. Təbii fəlakət qurbanlarının dəqiq sayı açıqlanmayıb. Bundan əvvəl regional Fövqəladə Hallar Agentliyi Floridada qasırğa nəticəsində 125-ə yaxın evin dağıldığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə