Geosiyasi mübarizə qlobal iqtisadiyyata 14,5 trilyon dollara başa gələ bilər

Təchizat zəncirlərinə təsir edəcək hipotetik geosiyasi münaqişə səbəbindən qlobal iqtisadiyyat beş il ərzində 14,5 trilyon dollar itki verə bilər. SİA “Reuters”ə istinadla xəbər verir ki, bu barədə “Lloyd's of London” sığorta şirkəti bildirib.

Şirkətin məlumatına görə, iqtisadi təsir münaqişə zonasında infrastruktura ciddi ziyan və gəmiçilik marşrutlarına potensial təhdidlə bağlı olacaq.

Rusiya-Ukrayna münaqişəsi və Qəzza zolağındakı müharibə artıq Qara və Qırmızı dənizlərdə gəmiçilik marşrutlarını pozub.

“Dünyanın idxal və ixracının 80 faizindən çoxu – təxminən 11 milyard ton mal – istənilən vaxt dənizdə olur və geosiyasi münaqişələr səbəbindən əsas ticarət yollarının bağlanması davamlı iqtisadiyyat üçün lazım olan resurslara qarşı ən böyük təhdidlərdən biridir”, - deyə "Lloyd's” qeyd edir.

Şirkət xəbərdarlıq edir ki, belə bir geosiyasi münaqişənin baş verməsi mümkünlüyü sistemli riskdir.

Bütün xəbərlər Facebook səhifəmizdə