Ukrayna Kamerun bayrağı altında üzən yük gəmisini müsadirə edib

Yük gəmisindən başqa, onun Azərbaycan vətəndaşı olan kapitanı da həbs edilib.

...Ukrayna, səlahiyyətlilərə görə, Krımdan taxıl ixrac edən Kamerun bayraqlı “Usko Mfu” gəmisini müsadirə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

...Məhkəmə qərarı ilə gəmi Ukraynanın mülkiyyətinə keçib.

Bunu mətbuat xidməti yazır.

Kapitan Krıma giriş qaydasını pozmaqda ittiham olunub. Qeyd edək ki, gəminin həbsi hələ 2024-cü ilin iyulunda məlum olub.

Xəbər verildiyi kimi, gəmi Odessa vilayətinin Reni limanının sularında tutulub. Yük gəmisi kənd təsərrüfatı məhsulları ixrac edir və Sevastopol limanına üzürmüş.

Yeri gəlmişkən, yük gəmisindən başqa, onun Azərbaycan vətəndaşı olan kapitanı da həbs edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə