İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

İsrail İranın raket hücumuna cavab olaraq ona zərbə endirmək planlarından əl çəkmir, bu, o qədər “ölümcül və gözlənilməz” olacaq ki, iranlıların nəsə başa düşməyə vaxtı olmayacaq.

SİA APA-ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin hərbi kəşfiyyat bölmələrindən biri ilə görüşündə bildirib

“İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz isə əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası gözlənilməz olacaq. Onlar nə baş verdiyini və necə baş verdiyini başa düşməyəcəklər. Onlar sadəcə nəticələri görəcəklər”, - nazir vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə