Ukrayna münaqişənin gələn ildən gec olmayaraq başa çatmasını istəyir
Ukrayna münaqişənin 2025-ci ildən gec olmayaraq başa çatmasına ümid bəsləyir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Prezident Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində deyib.
“Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru irəlilətmək üçün real şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi 2025-ci ildən gec olmayaraq başa çatdırmağa imkan yaradır”, - deyə o bildirib.
Zelenski əlavə edib ki, Ukrayna noyabra qədər nizamlanma ilə bağlı yeni konfransda təqdim olunması gözlənilən sənəd hazırlayacaq. Lakin o, konfransın nə vaxt keçiriləcəyini açıqlamayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB