Moskvadan Antalyaya uçan təyyarə geri dönüb…

…Türkiyəyə uçan Türk Hava Yollarına məxsus təyyarə qəfil istiqamətini dəyişərək başqa yerə enib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Aviaincident Telegram kanalı yazır.

Çərşənbə günü, oktyabrın 9-da Moskvadan Antalyaya uçan Boeing 737-800 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Ekipaj təyyarədə texniki nasazlıq olduğunu bildirib.

Qeyd olunur ki, təyyarə komandiri uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Nəticədə təyyarə Rusiya paytaxtının hava limanına enib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə