“Yuxarıdan “fas” əmri olmadan Rusiyada heç nə baş vermir…”

Deyirsən yəni bununla “rus başbilənlərinin tükü tərpənəcək”?..

...SİA-nın bir müddət bundan əvvəl də yazdığı kimi, Rusiya Dövlət Dumasının deputatlarının miqrantlar üçün irəli sürdüyü qadağalardan qəzəblənən Ramzan Kadırov Mərkəzi Asiya ölkələrindən olan əmək miqrantlarına dəstək vermişdi.

O, bu gün Rusiyada əmək miqrantlarına qarşı görülən tədbirləri məyusedici və məqsədyönlü şəkildə ölkəni qonşu qardaş regionlara qarşı qoyduğunu bildirmişdi.

Bunu Telegram kanalında yazan Ramzan Kadırov, rus polisinin yataqxanalarda mütəmadi olaraq keçirdiyi reydləri misal kimi də göstərmişdi.

...Və bu arada Çeçenistanda İnsan Hüquqları üzrə Müvəkkili Mansur Soltaev polis və prokurorluqdan “Rusiya İcması” təşkilatını yoxlamaq tapşırığını verib.

Soltayevin sözlərinə görə, icma özbaşına əcnəbiləri və qafqazlıları küçədə saxlayıb sənədlərini yoxlayır.

...Belə görünür ki, Soltayevin bu tapşırığı rus icmasının koordinatorlarından olan Andrey Afanasyevin “çestinə” toxunub və o,.. bunu onun birliyini gözdən salmağa hesablandığını bildirib.

Yeri gəlmişkən, bu gün rusiyalı deputatlar, məmurlar ...daha nə bilim kimlər miqrantlarla nə etmək barədə mübahisə edərkən, rus iş adamlarının yarıdan çoxu əcnəbi işçilərin olmamasından şikayətlənirlər.

...Ən əsası, bu gün ölkədə ümumi işçilər, inşaatçılar və texniki qulluqçular yoxdur, olsa da az-çox əyyaş ruslardır..?.

...Bu arada miqrantlarla bağlı yaşantılara hüquq müdafiəçisi Kərimjon Yorov və sosioloq İqor Eydman da münasibət bildiriblər.

İlk olaraq Kərimjon Yorov, Kadırovun müraciətinin ilk növbədə Rusiya hakimiyyətinə ünvanlandığını deyir.

Ramzanın Müsəlman olduğuna diqqət çəkən hüquq müdafiəçisi, indi Rusiyada təzyiqlərin əsasən müsəlmanlar üzərində olduğuna da diqqət çəkib. Məsələ bundadır ki, hazırda bu təzyiqlə təkcə xarici miqrantlar deyil, həm də Şimali Qafqaz sakinləri də üzləşirlər.

...Kadırov çox gözəl bilir ki, miqrantlara qarşı bu reydləri həyata keçirən “Rusiya İcması”nın hərəkəti qafqazlılarla münaqişəyə səbəb ola bilər. Yəni qafqazlılar buna cavab verərək, bunu qan tökülməsi ilə nəticələnə biləcək daha uzun sürən münaqişəyə çevrə bilər.

Bunu deyən Yorova görə, “Crocus City Hall” rus hakimiyyətinin işə saldığı mexanizmin yalnız bir hissəsi idi.

Yadınızda olar, Rusiya hökuməti sədrinin müavini Marat Xusnullin bir müddət əvvəl Rusiyanın miqrantlarsız yaşaya bilməyəcəyini dilə gətirmişdi.

Təbii ki, yuxarıdan “fas” əmri olmadan Rusiyada heç nə baş vermir. Bu gün Rusiyada miqrantlara qarşı bu basqınları həyata keçirən faşist təşkilatları var, amma lazım olan anda onlar yox olacaqlar..? Onlardan istifadə olunacaq və gələcəkdə onlar guya... “cəzalandırılacaqlar”..?

Qeyd edilməlidir ki, Kərimjon Yorov dediklərinə şübhə dolu əminlik də ifadə edir.

...Fakt budur ki, son illərdə aparılan bütün ideoloji, təbliğat kampaniyası jinqoist, şovinist ideyalar, rus millətçiliyi ideyaları üzərində qurulub.

Bunu artıq sosioloq İqor Eydman deyir.

O da əmindir ki, bütün bunlar Rusiyadakı miqrant və milli azlıqlara zərbə vurur.

...Bu gün Rusiyanın bütün bölgələrdə ruslaşmanın getdiyini görürük. Hətta Putinin müşaviri Yelena Yampolskaya açıq şəkildə bəyan edir ki, Rusiya sakinlərinin rus dilindən başqa ana dili ola bilməz. İndi Rusiyada ksenofobiya dövlət siyasətinə çevrilir. Bu, Rusiya hakimiyyətinin bəzi təbliğat səbəblərindən öz maraqlarına zidd getdiyi başqa bir haldır. ...Rusiya siyasəti Rusiya sakinlərini müxtəlif kateqoriyalara bölməkdir. Əmək miqrantları isə dövlət təhlükəsizlik qüvvələrinin təzyiqi altında olan qrupdur və onlara münasibət Rusiya qanunvericiliyinə tamamilə uyğun gəlmir.

Bu fikirlər də sosioloq İqor Eydmana məxsusdur.

P.S: ...Oktyabrın 8-də Vladimir Putin Kremldə MDB-yə üzv ölkələrin Başçıları Şurasının iclasını keçirib. İclasda “Birlik ölkələrinin liderləri cari regional və beynəlxalq problemləri müzakirə edərək, 2025-ci il üçün ölkələr arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri üzrə fikir mübadiləsi aparıblar. Şura iclasının iştirakçıları Rusiyanın MDB-də sədrliyinin yekunlarına yekun vuracaq və estafeti Tacikistana verəcəklər.

P.S.S: Deyirəm, Allah unudulmaz aktyorumuz olan Bəşir Səfəroğlunq qəni-qəni rəhmət eləsin. O, belə yerdə demişdi ey...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə