Zelenski İtaliyanın baş naziri ilə görüşəcək

Ukrayna lideri Volodimir Zelenski İtaliya hökumətinin başçısı Giorgia Meloni ilə görüşmək üçün Romaya səfər etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti İtaliya hökumətindəki mənbələrə istinadən yazır.

Beynəlxalq böhranın kəskinləşməsi və ya Almaniyada sammitin ləğvi kimi fors-major halların olmaması şərti ilə Zelenskinin Ukraynanın tərəfdaşlarının Almaniyadakı Ramşteyn bazasında görüşündən əvvəl Meloni ilə danışıqlar aparacağı güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə