Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə bütün dəmir yolu xətlərini və avtomobil yollarını sökməyə başlayıb. SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinə istinadla məlumat yayıb.
Şimali Koreya lideri Kim Çen In bir müddət əvvəl Cənubi Koreyanı düşmən dövlət adlandırıb. Cənubi Koreya mediası güman edir ki, KXDR parlamentinin oktyabrın 9-da keçirilmiş iclasında Şimali Koreyanın konstitusiyasında iki Koreyanın sülh yolu ilə birləşməsinə dair bəndlərin ləğvi məsələsi müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə