İsrail ordusu Dəməşqdə yaşayış binasına zərbələr endirib

Rusiya Silahlı Qüvvələri 13 İsrail raketini vurub

İsrail Müdafiə Qüvvələri Dəməşqdə yaşayış binasına zərbələr endirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.

SANA-nın məlumatına görə, Mezza məhəlləsindəki binaya hücum edilib.

Qurbanların sayı hələ açıqlanmır.

Bundan əvvəl İsrail Aralıq dənizi sahilində, Rusiya hərbi bazasının da yerləşdiyi Tartus şəhəri yaxınlığındakı Suriya hərbi obyektlərinə hücum edib.

Rusiya Silahlı Qüvvələrinin bu baza yaxınlığında 13 İsrail raketini vurduğu dəqiqləşdirilir.

Sentyabrın 26-da İsrail Hərbi Hava Qüvvələri Suriya və Livan sərhədində şiə “Hizbullah” hərəkatına silah ötürmək məqsədi daşıdığı iddia edilən infrastruktura zərbələr endirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə