Tbilisidə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Tbilisinin mərkəzində, dəmir yolu vağzalının yaxınlığındakı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın yaşayış binasının mənzillərindən birində elektrik naqillərindəki nasazlıqdan baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq briqadaları, yanğın-xilasetmə xidməti hadisə yerinə səfərbər olunub, yanğının söndürülməsi işləri davam etdirilir.

Yuxarı mərtəbələrdəki insanlar təxliyə olunublar. Xəsarət alanlar barədə məlumat verilməsə də ikisi uşaq olmaqla bir neçə insanın tüstüdən zəhərləndiyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə