Qərb Ukraynaya tuta bilməyəcəkləri vədlər verdi, indi isə...

Onlar Ukraynalılara Moskvaya “ölümcül zərbə” vura biləcək silahlar vəd etmişdilər

...Bir müddət bundan əvvəl Moskvaya “ölümcül zərbə” vura biləcək silahlar əldə etdiklərini bildirən Ukrayna Silahlı Qüvvələri indi cəbhədə böhran yaşayırlar..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Polşanın “Do Rzeczy” portalı yazıb.

...Bir neçə aylıq döyüşlərdən sonra ukraynalıların alınmaz qala hesab etdiyi Uqledar yıxıldı. Digər cəbhə bölgələrindən gələn xəbərlərlə yanaşı, bu, Kiyevdə vəziyyətin sürətlə pisləşməsindən xəbər verir.

Bu məqalədə deyilir.

...Müəlliflər qeyd edirlər ki, Kiyevin danışıqlarda mövqeyi getdikcə zəifləyir və buna görə məsuliyyət prezident Vladimir Zelenskini, eləcə də Ukrayna xalqını aldadan Qərb siyasətçilərinin üzərinə düşür.

Portalın yazdığına görə, onlar illüziyaları satdılar və tuta bilməyəcəkləri vədlər verdilər. Onlar Moskvaya “ölümcül zərbə” vuracaq möcüzə silahından danışdılar və ukraynalıları gələcək hərbi yardım haqqında nağıllarla aldatdılar”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə