İran İsrailə yardım edən ölkələrə "sarsıtıcı cavab" verdi

...Tehranın İsrail ərazisinə son raket hücumunu dəf etməkdə İsrailə yardım edən ölkələrə İran sərt cavab verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi deyib.

...Doğru vəd 2 əməliyyatı zamanı cinayətkar sionist rejimə İran raketlərinin ələ keçirilməsində kömək edən ölkələr bilməlidirlər ki, onların düşmənçilik addımı İran xalqının tarixi yaddaşına həkk olunub və təyin olunmuş vaxtda onlar sarsıdıcı cavab alacaqlar.

Qeyd edək ki, deputat bunu İranın RoozPlus portalına şərhində bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə