Türkiyədə canlı bomba hücumu planlaşdırdığı müəyyən edilən bölücü terror təşkilatı PKK/YPJ-nin qeyri-rəsmi məsullarından Hezal Belge Suriyanın Amuda bölgəsində zərərsizləşdirildi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) apardığı işlərdə "Terrorçuların axtarış siyahısı"nın “Boz kateqoriya”sında olan və PKK/YPJ-nin Amuda bölgəsinin qeyri-rəsmi məsulu "Jinda Gundikramo" kod adlı terrorçu Hezal Belgenin Türkiyədə canlı bomba hücumu planlaşdırdığını müəyyən edib.
MİT-in hədəf siyahısında olan Belge bir çox hücum cəhdini Türkiyədə təhlükəsizlik qüvvələrinin aktiv profilaktik tədbirləri səbəbindən hər dəfə irəli tarixə təxirə salıb. Son olaraq Amudada olduğu müəyyən edilən terrorçu həyata keçirilən dəqiq əməliyyatla zərərsizləşdirilib. Onun Suriyadan bir neçə adamın terror təşkilatına qoşulmasını təmin etməyə çalışdığı da müəyyən olub. Terror təşkilatının kənd yerlərindəki kadrlarına 2004-cü ildə girən terrorçu Hezal Belge İraqın şimalında uzun illər PKK/KCK-nın qeyri-rəsmi məsulu kimi fəaliyyət göstərib. Daha sonra Suriyaya keçərək PKK/YPJ-nin daxilində fəaliyyət göstərən terrorçu 2021-ci ildə girdiyi döyüşdə başından yaralanıb. İraqın Süleymaniyyə şəhərində müalicə olunduqdan sonra yenidən Suriyaya qayıdan Hezal Belge son olaraq PKK/YPG-nin qeyri-rəsmi Amuda məsul adamı kimi fəaliyyət göstərirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə