“Bu gün Gürcüstan çətin sınaq qarşısındadır. Son vaxtlar ABŞ və bəzi qərb ölkələri ilə Gürcüstan arasında yaranan gərginlik vəziyyəti daha da mürəkkəbləşdirib. Hazırda vəziyyət başqa istiqamətlərə gedir”,
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri gürcü politoloq Badri Naçkebiya söyləyib. Onun sözlərinə görə, ABŞ və Qərb ölkələri Gürcüstanı ciddi sanksiyalarla hədələyir, eyni zamanda, daxildə qarşıdurma yaratmağa çalışır.
Politoloq hesab edir ki, Gürcüstan bu çətin günlərdən alnı açıq çıxacaq.
B.Naçkebiya deyib ki, Gürcüstan rəsmilərinin, xüsusən də parlament sədrinin Birləşmiş Ştatlar və Qərb ölkələri ilə bağlı sərt açıqlaması heç təəccüblü deyil.
“Düzdür, əgər, vəziyyət belə davam etsə böyük sıxıntılar çəkəcəyik. Amma Gürcüstanın Çin ilə münasibətlərinin yaxşılaşması hansısa formada bu çətinlikdən çıxmağa kömək edəcək. Digər tərəfdən Azərbaycan ilə birlikdə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri də öz sözünü deyəcək. İnanıram ki, bu və digər amillərin köməyi ilə Gürcüstan diplomatiyası bütün çətinliklərin öhdəsindən gələcək", - deyə B.Nackebia vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə