İsfahandakı partlayış hücum nəticəsində baş verməyib - İran

İran İnqilab Keşikçiləri Korpusu İsfahan şəhəri yaxınlığında baş verən partlayışın müdafiə sisteminin sınaqdan keçirildiyini və hücumla bağlı olmadığını açıqlayıb. İranlı tələbələr xəbər agentliyi İSNA İnqilab Keşikçiləri Ordusunun verdiyi açıqlamanı dərc edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada deyilib: "Dünən gecə yarısı müdafiə sisteminin sınaq fəaliyyətinə görə partlayış səsi və parlaq obyektin görünməsi meydana gəlib. Düşmənin hücumu və ya təlimi ilə bağlı iddialar həqiqəti əks etdirmir".

Gecə yarısı İsfahan şəhərində partlayış səsi eşidilib və sosial mediada partlayışın hücum nəticəsində baş verdiyi iddia edilib. Şəhərin şimalındakı Natanz rayonunda uranın zənginləşdirilməsi obyekti və şəhərin cənub-şərqində Ruşendeşt kəndi yaxınlığında uranın çevrilməsi obyekti var. İranın oktyabrın 1-də İsrailə ballistik raket hücumundan sonra nüvə obyektlərinin İsrail tərəfindən hədəfə alına biləcəyi gündəmə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə