İspaniyada əsrlər boyu yaşatılan ənənə

"İnsan qalası" yarışları İspaniyada əsrlər boyu ənənə halını alıb. Tarraqona şəhərində keçirilən yarışı 11 min insan izləyib. Ən böyük insan qülləsini inşa etməyə çalışan qruplar çətin anlar yaşayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Tarraqona şəhərində 42 komanda ən böyük insan qülləsini tikmək üçün yarışıb. Həyəcan pik həddə olub. Çətin işi təqribən 11 min nəfər nəfəs darlığı ilə izləyib.

İştirakçılar böyük konsentrasiya ilə bir-birinin üzərinə dırmaşaraq qüllə tikməyə çalışıblar. Ancaq bəzi xəyalları yıxıldıqda sona çatıb. Qalib qrup 16 min avro mükafat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə