Bosniya və Herseqovinada ən azı 21 nəfərin həyatını itirdiyi daşqın və torpaq sürüşməsi fəlakəti ilə əlaqədar bir günlük matəm elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovinada oktyabrın əvvəlində yağan güclü yağışdan sonra daşqın və sürüşmə fəlakəti baş verib.
Bosniya və Herseqovinada azı 21 nəfərin həyatını itirdiyi sel fəlakəti ilə əlaqədar bir günlük matəm elan edilib. Bosniya və Herseqovina Federasiyası qurumu, Serb Respublikası qurumu və Bosniya və Herseqovina tərkibindəki Brcko Muxtar Bölgəsi hökumətləri bu günü təbii fəlakətdə həyatını itirənlər üçün matəm günü elan ediblər. Yas qərarı, Bosniya və Herseqovina hökumətindəki Bosniya serb nazirlərinin dövlət səviyyəsində qəbul edilməsinə mane olduğu üçün qurum hökumətləri səviyyəsində ayrıca qəbul edilib.
Matəmlə əlaqədar bayraqlar yarıya endirilib, ölkə boyu ictimai yerlərdə mədəni-əyləncə proqramları qadağan edilib.
Təbii fəlakətdən zərər çəkmiş Herseqovinanın Neretva Kantonunun açıqladığı rəsmi məlumatlara görə, Yablanicada 5, Konjiç şəhərində 4 olmaqla 9 itkin düşmüş şəxsin axtarışları davam edir. Axtarışlara Türkiyə, Xorvatiya, Serbiya, Monteneqro və Sloveniyadan olan komandalar da dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə