5 alpinistin faciəvi sonu

5 rusiyalı alpinist Nepalda dünyanın 7-ci ən hündür dağı Dhaulagiri zirvəsinə qalxarkən yıxılaraq ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bazar günündən itkin düşdüyü bildirilən 5 rusiyalı alpinistin cəsədi Nepalda tapılıb.

Bildirilib ki, 8 min 167 metr hündürlüyü ilə dünyanın yeddinci ən yüksək dağı olan Dhaulagiriyə dırmaşarkən 5 alpinist sürüşərək həlak olub. Axtarış əməliyyatları zamanı alpinistlərin cansız cəsədləri xilasedici helikopter tərəfindən aşkar edilib.

Alpinistlərdən ikisinin zirvəyə çatdığı, digər alpinistlərin isə zirvəyə çatmadan geri qayıtdığı, lakin bir müddət sonra alpinistlərlə komanda arasında radio əlaqəsinin kəsildiyi bildirilib. Cəsədlərin dağdan nə vaxt və necə çıxarılacağı hələlik bəlli olmasa da, əməliyyat üçün geniş planın hazırlanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə