Çinin şimal-qərbində yerləşən xəstəxanada nadir hallarda ikiqat uşaqlıq (uterus didelphys) xəstəliyi olan qadın hər uşaqlıqdan bir uşaq dünyaya gətirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şaanxi əyalətindəki Xi'an Xalq Xəstəxanası, yalnız Li soyadı olaraq təyin olunan ananın qeysəriyyə əməliyyatı ilə bir qız və bir oğlan dünyaya gətirdiyini, "milyonda bir" hadisə olduğunu söyləyib.
"CNN International"a görə, xəstəxana Weibo-dakı rəsmi hesabında əkiz körpələrin hər ana bətnində təbii şəkildə formalaşmasının və bu körpələri doğuşa daşımasının son dərəcə nadir olduğunu bildirib. Uşaqlıq didelfisi kimi tanınan bu vəziyyət təxminən 2000 qadından birində baş verir və Li-nin iki uşaqlığı və iki uşaqlıq boynu var. Li-nin hekayəsi Çin sosial mediasında böyük marağa səbəb olub, milyonlarla insan heyranlıq dolu mesajlar paylaşıb. Bir istifadəçi “Bu möcüzədir!”, digər biri “Nə bəxtəvər!”- deyib.
Daha əvvəl uşaqı düşən Li yanvar ayında yenidən hamilə qalıb və erkən ultrasəs müayinəsi zamanı hər bətnində bir körpə olduğunu öyrənib. Yaxın və diqqətli tibbi izləmə nəticəsində xəstəxana Linin 3,2 kq çəkidə oğlan və 2,4 kq qız uşağı dünyaya gətirdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə