Yeni Kaledoniyada 6 min nəfər iş yerini itirib

May ayından indiyədək Fransanın Yeni Kaledoniya regionunun 6 mindən çox sakini iş yerini itirib. SİA xəbər verir ki, bu məlumat Fransa Milli Statistika İnstitutunun son statistikasında yer alır. Bundan əlavə, regionda işləyənlərin 29 faizi, və ya təxminən 19 min nəfər öz hesabına məzuniyyətə göndərilib. İşsizliyin artmasının əsas səbəbi kimi nikel hasilatının minimuma enməsi göstərilir.

Yeni Kaledoniya həm də qiymətlərin bahalığına görə “liderdir”. Fransa Milli Statistika İnstitutunun məlumatına görə bura ilə metropoliya (Fransanın Avropadakı ərazisi) arasında qiymət fərqi 30 faizi ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə