Lukaşenko pilotsuz sistemlərə qarşı silah istifadəsinə icazə verdi

Maraqlıdır, görən, Lukaşenko Belarus hava məkanını pozan “Şahed”lərin də vurulmasına icazə verəcək?

...Belarusda müxtəlif pilotsuz sistemlərə qarşı fiziki gücdən, həmçinin xüsusi vasitə və silahlardan istifadəyə icazə verilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müvafiq sərəncamı bazar ertəsi, oktyabrın 7-də respublika prezidenti Aleksandr Lukaşenko imzalayıb.

Prezidentin mətbuat xidmətinə yaxın “Birincilər hovuzu” Telegram kanalının məlumatına görə, sənəd fiziki qüvvədən, xüsusi vasitələrdən, silahlardan, habelə hərbi texnikadan istifadə hüququnu normativ şəkildə gücləndirmək məqsədilə qəbul edilib.

Qeyd edək ki, icazə yerüstü, sualtı və digər sistemlərə qarşı da şamil edilir.

Qeyd edək ki, sentyabrın ortalarında Belarus Ukrayna ilə sərhədi dronların pozulması hallarını əhatə etməmək barədə razılığa gəliblər.

...Və yeri gəlmişkən, Rusiyanın İran istehsalı olan “Şahed”lərinin artıq bir neçə dəfə Belarus hava məkanına daxil olduqları barədə məlumatlar var. Belarus tərəfi hətta onlara qarşı bir neçə dəfə döyüş təyyarələrini də havaya qaldırıb.

Maraqlıdır, görən, Lukaşenko Belarus hava məkanını pozan “Şahed”lərin də vurulmasına icazə verəcək?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə