Rusiya ehtiyatlarında qızılın dəyəri rekorda imza atıb

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 2024-cü il oktyabrın 1-nə bir ay ərzində təxminən 20 milyard artaraq 633,737 milyard dollar təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.

Eyni zamanda, ehtiyatlardakı monetar qızılın dəyəri qeyd olunan dövrdə 5,8 faiz artaraq rekord həddə - 199,8 milyard təşkil edib.

Rusiyanın qızıl ehtiyatlarının dəyəri ABŞ-da siyasi qeyri-sabitlik və Yaxın Şərqdə kəskinləşmə fonunda qiymətli metalın dünya qiymətlərinin sentyabrda çatdığı rekord səviyyələr fonunda artır.

Belə ki, avqustun əvvəlində Amerikanın “Goldman Sachs” bankı 2025-ci ildə bir troya unsiyası üçün 2,7 min dollara qədər bahalaşacağını proqnozlaşdırsa da, ötən həftə qiymətlərin gələn ilin əvvəlinə kimi 2,9 min dollara yüksələcəyini gözlədiklərini bildiriblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə