Rusiyaya qarşı yeni sanksiyalar gəlir...

Avropa İttifaqı (Aİ) Şurası çərşənbə axşamı nazirlər səviyyəsində Rusiyaya qarşı “xaricdə sabitliyi pozan hərəkətlərə” görə yeni sanksiyalar rejimini təsdiqləməyə və dərc etməyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Avropa İttifaqındakı yüksək vəzifəli mənbəyə istinadən xəbər verir.

Ötən həftə Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri yeni sanksiyalar rejimi ilə bağlı ilkin razılığa gəliblər.

Hələlik söhbət yalnız şəxslərin və təşkilatların “qara siyahılar”a daxil edilməsi meyarlarını müəyyən edən çərçivədən gedir.

Daha sonra Avropa İttifaqı üzvləri və Avropa Komissiyası sanksiya məhdudiyyətlərinin tətbiqi üçün öz siyahılarını təklif edə biləcəklər.

...Təsdiqləmə çərşənbə axşamına planlaşdırılır.

Bunu agentlik mənbəsi bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə