İsrail İranın ən azı bir nüvə obyektini vuracaq...

...Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərqdə işləmiş keçmiş yüksək rütbəli məmuru Qolf Qoff, İsrailin İranın ən azı bir nüvə obyektini vuracağını deyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazıb.

ABŞ prezidenti Cozef Bayden deyib ki, o, İranın nüvə proqramına zərbələr endirilməsini dəstəkləmir, lakin Qüds bundan nümunə götürməyəcək

Bunu deyən Qoff, əlavə edib ki, İsrail Müdafiə Qüvvələri belə bir şey edə biləcəklərini xatırlatmaq üçün İranın ən azı bir nüvə obyektinə zərbə endirə bilər.

...Oktyabrın 7-də İsrailin müdafiə naziri Yoav Qalant İranın nüvə infrastruktur obyektlərinə zərbə endirmə ehtimalını istisna etməyib.

Nazir əlavə edib ki, İsrail öz hərəkətlərini ABŞ-la yaxından əlaqələndirir, lakin lazım gələrsə, cavab tədbirləri ilə bağlı müstəqil qərarlar verəcək.

...Oktyabrın 6-da ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper İsrailə İrandakı nüvə obyektlərinə hücumların mümkün mənfi nəticələri barədə xəbərdarlıq edib.

Onun fikrincə, təhlükə İsrailin “ərazinin dərinliyinə getməli” olmasıdır və pilotu itirmək riski var.

ABŞ Müdafiə Nazirliyinin keçmiş rəhbəri başqa bir riski mülki əhali arasında potensial itkilər adlandırıb ki, bu da iranlıların hazırkı hökumət ətrafında birləşməsinə səbəb ola bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə