Zirzəmidən sümük parçası tapan ev sahibi aidiyyəti orqanlara məlumat verib

Bölgə hərbi komandirliyi kütləvi məzarda tapılan 32 insan qalığının Vyetnam əsgərlərinə aid olduğunu təsdiqləyib

Vyetnamın Gia Lai vilayətində 32 əsgərin cəsədinin olduğu kütləvi məzar tapılıb. Ərazidə bir evin zirzəmisində aparılan qazıntı işlərində çox sayda sümük parçası tapan ev sahibi aidiyyəti orqanlarla əlaqəyə keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bölgə hərbi komandirliyi kütləvi məzarda tapılan 32 insan qalığının Vyetnam əsgərlərinə aid olduğunu təsdiqləyib. Lakin əsgərlərin hansı müharibədə öldüyünün hələ müəyyən edilmədiyini açıqlayıb.

Əraziyə göndərilən araşdırma qrupu isə evin təməlində sümük qalıqları ilə yanaşı düymə, su qabı, rezin ayaqqabı altlıqları və güllə kimi müharibə dövrünə aid əşyalar tapıb.

Tədqiqat qrupu Gia Lai vilayətində aparılan qazıntı işlərini genişləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə