ABŞ-dən İsrailə 17,9 milyard dollar hərbi yardım

ABŞ hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağında son bir ildə mülki əhalini qətlə yetirən İsrailə ümumilikdə 17,9 milyard dollar hərbi yardım edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qəzza zolağında dinc sakinləri qətlə yetirməsindən bir il ötür. Hücumlarını günü-gündən gücləndirən və geri addım atmayan İsrailin bu soyqırımına dünya susmağa davam edərkən, ən böyük dəstək ABŞ-dən gəlir.

ABŞ-ın Rod-Aylend əyalətindəki Brovn Universitetinin hazırladığı “Müharibə Xərcləri Layihəsi” çərçivəsində açıqlanan hesabata görə, Vaşinqton rəhbərliyi Qəzza zolağına hücumların başladığı gündən bu yana İsrailə 17,9 milyard dollar hərbi yardım edib.

Hesabata görə, ABŞ-ın bir il ərzində İsrailə təhvil verdiyi silahların çoxu artilleriya mərmiləri, 2 min funtluq bunker busterləri və dəqiq idarə olunan bombalar olub və verilən yardımın da İsrailin silahlarının yenilənməsinə sərf etdiyi 4 milyard dollardan çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə