Təyyarə tualeti işləmədiyinə görə geri qayıtdı

Avstraliyanın Adelaida şəhərindən İndoneziyanın Bali adasına sərnişin daşıyan "Jetstar" Hava Yollarına məxsus təyyarə havaya qalxdıqdan təxminən 2 saat 40 dəqiqə sonra tualetlərdə yaranan nasazlıq səbəbindən gəldiyi hava limanına qayıdıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Jetstar" rəsmilərinin verdiyi açıqlamaya görə, uçuş zamanı təyyarədəki tualetlərin işləmədiyi müəyyən edilib, lakin stüardessaların bu problemi aradan qaldıra bilməməsindən sonra geri qayıtma qərarı verilib.

Adelaidaya qayıdan sərnişinlər yerli vaxtla saat 11:00-da yeni təyyarə ilə Balidəki Denpasar hava limanına yola düşüblər. Adelaide-Denpasar reysi orta hesabla 5 saat 20 dəqiqə çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə