İsrail Fələstin çadırlarına hücum etdi - 11 yaralı var

İsrail ordusu Qəzza zolağında Əqsa Şəhidləri Xəstəxanasının həyətindəki fələstinlilərin çadırlarını bombalayıb. Hücumlarda 11 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının həyətində məcburi köçkün fələstinlilərin qaldığı çadırları bombalaması nəticəsində aralarında uşaq və jurnalistlərin də olduğu 11 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə