Meksikada bələdiyyə sədrinin başını kəsiblər

Meksikanın cənubundakı Gerrero ştatının paytaxtı Çilpansinqo şəhərinin meri Alexandro Arkos Katalan dünən vəhşicəsinə qətlə yetirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli mənzərənin sosial şəbəkədə bir neçə dəfə paylaşılan fotosuna görə, altı gün əvvəl vəzifəsinin icrasına başlayan 43 yaşlı merin başı kəsilib və başı avtomobilin damında qalıb.

Qətl sabah milli təhlükəsizlik planını təqdim edəcək yeni prezident xanım Klaudiya Şeynbaumun andiçmə mərasimindən beş gün sonra baş verib. İyun ayında, Şeynbaum seçildikdən bir gün sonra, Meksikanın qərbindəki bir şəhərin meri öldürüldü.

Ştat qubernatoru xanım Evelin Salqado "X"də verdiyi açıqlamada deyib: "Çilpansinqo Şəhər Şurasının prezidenti Alejandro Arkos Katalanın qətlini qətiyyətlə pisləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə