Feodosiyada dəniz neft terminalına hücum olub

...Bazar ertəsi, oktyabrın 7-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Krımın müvəqqəti işğal olunmuş Feodosiya bölgəsində Rusiyanın dəniz neft terminalına hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Obyektin ərazisində yanğının qeydə alındığı deyilir. Baş Qərargah qeyd edib ki, Feodosiya terminalı digərləri ilə yanaşı, Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün istifadə edilən neft məhsullarının daşınması həcminə görə Krımda ən böyük terminaldır.

Tapşırığı Ukrayna Silahlı Qüvvələrinin raket qüvvələrinin bölmələri Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə birgə həyata keçirib.

...Rusiya Federasiyasının hərbi-iqtisadi potensialının zəiflədilməsi üzrə tədbirlər davam edir.

Bunu Baş Qərargah əlavə edib.

Qeyd edilir ki, oktyabrın 7-nə keçən gecə müvəqqəti işğal olunmuş Krımda partlayışlar baş verib. Belbek aerodromunun ərazisində yanğın baş verib. İnternetdə həmçinin Feodosiyadakı neft anbarının pilotsuz təyyarənin hücumundan sonra yanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə