...Almaniya hökuməti uzun illərdən sonra ilk dəfə Türkiyəyə böyük silah ixracına yaşıl işıq yandırıb. Almaniyanın Federal Təhlükəsizlik Şurası NATO tərəfdaşı Ankaraya bir neçə yüz milyon avro dəyərində alman silahlarının tədarükünü təsdiqləyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Spiegel” bunu mənbələrə istinadən yazır.
Qeyd olunur ki, Türkiyəyə ölkənin Hərbi Dəniz Qüvvələri üçün 100 ədəd zenit-raket kompleksi və torpedalar, həmçinin Türkiyə sualtı qayıqları eləcə də freqatlarının modernləşdirilməsi üçün materiallar satılacaq.
İqtisadiyyat Nazirliyindən SPIEGEL-in əldə etdiyi məktuba görə, alman istehsalçıları 336 milyon avro dəyərində silah tədarükü üçün icazə alıblar.
...Bəzi jurnalist iddialarına görə, prezident Rəcəb Tayyib Ərdoğanın kürdlərə qarşı siyasəti və Ankaranın Yaxın Şərqdə HƏMAS terror qruplaşması ilə güclü əlaqələri səbəbindən son illərdə Berlinin Türkiyəyə silah ixracını kəskin şəkildə azaldıb.
Nəticədə Almaniya hökuməti son illərdə NATO tərəfdaşına daha az silah ixracına icazə verirdi.
Belə ki, otən 2023-cü il üçün cəmi 1,22 milyon avro dəyərində 17 layihə təsdiqlənib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə