...Moskva vilayətində iki qız yanğın nəticəsində ölüb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yanğının söndürülməsi zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri 10 və 11 yaşlı iki qız uşağı tapıblar.
Ailə başçısı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Nazirlik bunu öz Telegram kanalında yazıb.
Deyilənlərə görə, alov Voskresenskdə ikimərtəbəli hamamı bürüyüb; onu söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 33 əməkdaşı və 19 texnika göndərilib.
Onlar 79 kvadratmetr sahədə yanğını söndürüblər.
Yeri gəlmişkən, sentyabrın sonunda Amur vilayətində yaşayış binasında baş verən yanğın bir qadın və üç uşağın həyatına son qoyub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri yanğının baş vermə səbəblərini müəyyən edirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə