...Ukrayna Kursk əməliyyatına başlamaqla sübut etdi ki, müharibəni işğalçı ölkə olan Rusiya ərazisinə sıxışdıra bilər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 6-da OP tərəfindən Facebook-da yayımlanan axşam videomüraciətində bildirib.
O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ona Kursk əməliyyatı barədə məruzə edib.
...Bu gün Kursk vilayətində hərbi əməliyyatlarımızın iki ayı tamam olur. Və bu, müharibənin çox mühüm mərhələsidir. Dövlətimizə əhəmiyyətli dərəcədə kömək edən və kömək etməyə davam edən bir şey... Ukraynalılar sübut etdilər ki, müharibəni Rusiyaya sövq edə bilərlər. Və tərəfdaşlarımızın kifayət qədər dəstəyi ilə biz Rusiyaya məhz lazım olduğu kimi təzyiq göstərə biləcəyik ki, Rusiya müharibənin onlara heç nə verməyəcəyini hiss etsinlər.
Bunu bildirən Ukrayna prezidenti, “Ukrayna üçün mübadilə fondunu doldurmaq üçün hər şeyi edən” bütün idarələrə təşəkkür edib.
...Bizim Kursk əməliyyatımız ukraynalıların əsirlikdən azad edilməsi üçün mübadilə fonduna ən böyük töhfələrdən birini verdi. Bu vacibdir, - deyə dövlət başçısı vurğulayıb.
...Biz Rusiyaya daha çox təzyiq göstərəcəyik, çünki sülhü yalnız güc yaxınlaşdıra bilər.
Bunu da Zelencki bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə