Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski arasında söhbət olub. Onlar cəbhədəki vəziyyəti müzakirə ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna prezidentin bəyanatına istinadən xəbər verir.
...Mən Ali Baş Komandan Sirski ilə danışdım. Cəbhədəki mövcud vəziyyətlə bağlı məruzə edildi. Ali Baş Komandan digər hərbçilər, Müdafiə Nazirliyinin nümayəndələri ilə birlikdə gələn həftə tərəfdaşlarımızla Qələbə Planının təfərrüatları - Planın hərbi nöqtələri və strateji təhlükəsizlik üzərində işləyəcək.
Bunu Zelenski bildirib.
Eyni zamanda o, Baş Qərargah rəisi Anatoli Bargileviç və baş nazirin müavini Olqa Stefanişinanı Vaşinqtona göndərdiyini qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə