...Aktyor Andrey Neretinin qohumları və dostlarının onu dəfn etmək üçün maddi imkanı yoxdur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar günü, oktyabrın 6-da Mash Telegram kanalı məlumat yayıb.
Kanalın sözlərinə görə, sənətçinin dəfn mərasimi üçün pul deputat Vitali Nalivkinin YouTube-da yumoristik parodiya şousu çərçivəsində satirik rolu sayəsində Neretinə aşiq olan pərəstişkarlarının köməyi ilə toplanacaq.
Maraqlıdır ki, elə həmin gün Neretinin ölümü məlum oldu. Qeyd olunub ki, ölümə səbəb qan laxtasının ayrılması olub. Aktyor insult və omba protezi əməliyyatı keçirib, bundan sonra onun hərəkət etməsi çətinləşib.
Xəbər verdiyimiz kimi, sənətçi səhhəti pisləşdiyi üçün spirtli içkilərdən sui-istifadə etməyə başlayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə