Fələstinin "İslami Cihad" qruplaşması (Rusiyada terrorçu kimi tanınıb və qadağan edilib – A.B.) İsrailin cənubundakı Aşkelon şəhərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
SİA-nın əldə etdiyi məlumata görə, mesaj Saraya əl-Qüds qruplaşmasının hərbi qanadının Telegram kanalında dərc olunub.
...Biz Aşkelona və Qəzza zolağı ilə sərhəddə yerləşən bir sıra İsrail yaşayış məntəqələrinə raket hücumu həyata keçirdik, - deyə bəyanatda bildirilir.
Bundan əvvəl İranın Tasnim agentliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin cənub-qərbində Aşkelon şəhəri yaxınlığındakı qaz platformalarını raketlərlə vurduğunu bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə