Rusların 10 milyon dollar dəyərində olan müdafiə sistemi yandırılıb..?
Ukrayna kəşfiyyatçıları Rusiyanın 10 milyon dollar dəyərində olan hava hücumundan müdafiə sistemini yandırıblar. ...“Ukrayna Müdafiə Nazirliyinin “Krila” Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının döyüşçüləri Rusiyanın “Osa” zenit-raket kompleksini aşkar edərək məhv ediblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, məlumatda belə deyilir.
...Ukrayna hərbi kəşfiyyatı Rusiyanın avtomatlaşdırılmış hava hücumundan müdafiə sisteminin dəyərinin 10 milyon dollar, Osa-nı yandıran fpv pilotsuz təyyarəsinin qiymətinin isə bir neçə yüz dollar olduğunu vurğulayıb.
...Maraqlı riyaziyyat dərsləri davam edəcək! – mesajda belə deyilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə