İsrailin müdafiə naziri İrana məsləhət verib

İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, İran İsrail hava bazalarına raket zərbələri endirməklə onlara heç bir ziyan vurmayıb. Qəzza zolağında və Beyrutda “əməliyyat nailiyyətləri” bunu sübut edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Qalanta istinadən RİA Novosti xəbər verir.

Qalant İran silahlı qüvvələrinin raket zərbələri ilə vurduğu Nevatim aviabazasına baş çəkib.

Hərbi komandir bildirib ki, “heç bir eskadrilya, bir dənə də təyyarə zədələnməyib”.

Onun sözlərinə görə, İranın atəşə tutması Təl-Əvivin növbəti əməliyyatlar keçirməsinə mane olmayacaq.

...İsraili incitmək cəhdinin bizi hərəkətə keçməkdən çəkindirəcəyini düşünən hər kəs Qəzza və Beyrutdakı əməliyyat nailiyyətlərimizə nəzər salmalıdır, - Qalant deyib. ...İranın hücumuna cavab “uyğun yerdə və lazımi zamanda” veriləcək.

Bunu da müdafiə naziri deyib.

Bundan əvvəl amerikalı hərbi analitik xəbərdarlıq etmişdi ki, İsrail indiyə qədər hava hücumundan müdafiə sistemləri və müasir uzaqmənzilli raketlərə malik olmayan rəqiblərlə qarşılaşıb. İsrail İranla müharibəyə girərsə, vəziyyət kökündən pisə doğru dəyişəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə