Britaniya hökumətinin təşkil etdiyi çarter reysləri ilə indiyədək 250-dən çox Böyük Britaniya vətəndaşı Livandan təxliyə edilib. SİA xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, sonuncu çarter reysi oktyabrın 6-da Beyrutdan yola düşəcək. Hökumət əlavə uçuşların planlaşdırılmadığını açıqlayıb. Səbəb olaraq tələbin əhəmiyyətli dərəcədə azalması göstərilib. Bununla belə, vəziyyətin davamlı olaraq nəzarətdə saxlanacağı vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB