Netanyahu televiziya ilə xalqa müraciət edib

...İsrailin İranın raket hücumuna cavab vermək hüququ və məsuliyyəti var və bunu etmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciətində deyib.

…“İran tarixdə ən böyük ballistik raket hücumunda artıq iki dəfə ərazimizə və şəhərlərimizə yüzlərlə raket atıb. Dünyanın heç bir ölkəsi öz şəhərlərinə və vətəndaşlarına belə bir hücuma dözməz, təbii ki, İsrail də dözməyəcək. İsrailin özünü müdafiə etmək və bu hücumlara cavab vermək hüququ, məsuliyyəti var və bu, ediləcək.

Bunu hökumət başçısı İsrail televiziyası ilə yayımlanan çıxışı zamanı bildirib.

Netanyahu İsrailin “güclü, cəsarətli və əxlaqlı ordusu olan güclü dövlət” olduğu fikrini ifadə edib.

…Özünü istənilən təhlükədən qorumaq əzmində olan dövlət. Bura bizə qarşı edilən bütün hücumların arxasında duran İran təhlükəsi daxildir: Qəzzadan, Livandan, Yəməndən, İraqdan, Suriyadan və təbii ki, İranın özündən.

Baş nazir bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə