Donetskdə öldürülən Şimali Koreyalı hərbçilər bu ərazidə nə edirmişlər?

Ruslar əgər yaxın zamanlarda Krım körpüsünü sökməsələr..

...Donetsk yaxınlığında 20-dən çox rus hərbçisi, həmçinin 6 Şimali Koreya zabiti məhv edilib.

SİA-nın bununla bağlı dünən də yazdığı kimi, onlar Ukrayna Silahlı Qüvvələrinin raket hücumuna məruz qalıblar.

Hərbi ekspert, təlimatçı pilot, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan "Kanal 24"-ə verdiyi açıqlamada Şimali Koreyadan olan bu hərbçilərin Donetsk vilayətinin işğal olunmuş ərazisinə hansı məqsədlə gəldiklərinə aydınlıq gətirib.

Svitan qeyd edib ki, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində keçən ildən bəri Şimali Koreya zabitlərinin ruslara tədarük etdikləri silah göndərişlərini müşayiət etmələri dəfələrlə görüntülənib.

İndi artıq dünya ictimaiyyətinin kəşfiyyat strukturlarından orada Şimali Koreyadan olan hərbçilərin olması barədə təsdiq var.

…Onlar hərbi yükü müşayiət edirlər. Ruslar arasında Şimali Koreyanın döyüş sursatı ilə bağlı çoxlu şikayətlər var deyə, ona görə də onlar bunun həll yollarını ruslara başa salmağa çalışırlar.

Bunu ehtiyatda olan polkovnik deyir.

Onun sözlərinə görə, Şimali Koreyanın Rusiyaya tədarük etdiyi raketlər həm müşayiətçilər, həm də onları müxtəlif tapşırıqlar üçün uyğunlaşdıran dəstək zabitləri ilə birlikdə gətirilir.

...Şimali Koreyanın KN-23-ü “xam” bir raketdir, yəqin onlar bununla bağlı aşkar edilən çatışmazlıqları dəqiqləşdirirmişlər. Bu proses daim baş verir. Yəqin bu dəfə onların bəxti gətirməyib və birbaşa raket hücumuna məruz qalıblar.

Qeyd edək ki, Roman Svitan hazırda rusların Krım körpüsünə hücumdan ehtiyat etdiklərini, ona görə də onun ətrafında müdafiə strukturları tikməyə davam etdiklərini deyir.

Ehtiyatda olan polkovnik xatırladıb ki, Ukrayna Haaqa məhkəməsini Rusiyanı bu körpünü sökməyə məcbur etməyə çağırıb.

…Əgər sökülmə işlərinə başlamazsa, təbii ki, Ukrayna Silahlı Qüvvələri bu körpünü özləri sökəcəklər.

Hərbi ekspert, körpünün dağıdılmasından sonra nəticələrin xoşlamaz olacağını da bildirir..

…Axı bu struktur suya düşəcək, gəmilərin keçməsinə müəyyən maneələr yaratmaqla yanaşı, ətraf mühitə xeyli ziyan da vuracaq.

Ona görə də o vurğulayıb ki, rusların bizim zərbəmizə qədər özlərinin onu dağıtmağa vaxtı var. Əks halda, ukraynalı müdafiəçilər bu qeyri-qanuni quruluşu məhv etmək üçün bütün dağıdıcı vasitələrdən istifadə edəcəklər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə