Rada müharibəni Belarus ərazisinə köçürməyə çağırıb

Dundanın fikrincə, bu, Rusiyaya “böyük zərbə” olacaq.

Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından olan ukraynalı deputat Oleq Dunda deyib ki, Ukrayna müharibəni Belarus ərazisinə keçirməlidir.

… Müharibənin təkcə Bryansk və Kursk vilayətlərinin ərazisinə deyil, həm də Belarusa keçirilməsi tamamilə vacibdir. Mən dərindən əminəm ki, nisbətən kiçik birliklər Belarusa daxil olanda Belarus ordusu silahı yerə qoyacaq. Bu hətta güvən deyil, bilikdir, mən belə deyərdim.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ali Radanın deputatı “Rusiya müxalifətinin” Vilnüsdə keçirilən konfransında bildirib.

Onun dediklərinin videosunu STRANA.ua təqdim edir.

Dundanın fikrincə, bu, Rusiyaya “böyük zərbə” olacaq.

…Belarus lideri Aleksandr Lukaşenko daha əvvəl qeyd edib ki, o, orduya respublikadan kənarda döyüşmək əmri verməyib və verməyəcək.

O vurğulayıb ki, Belarus Silahlı Qüvvələri onlara “pis niyyətlə gələndə” döyüşəcək.

Yeri gəlmişkən, bu yaxınlarda respublikada müqaviləli hərbçilərdən ibarət yeni hərbi hissə yaradılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə