“ABŞ-ın İsrailin hərəkətlərinə dəstəyi nüvə fəlakəti ilə nəticələnə bilər”

…ABŞ-ın Yaxın Şərqdəki münaqişədə İsrailin hərəkətlərinə verdiyi dəstək sonradan nüvə fəlakəti ilə nəticələnə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski özünün Teleqram kanalında bildirib.

O qeyd edib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi bütün hədləri aşır.

…Vaşinqtonun Təl-Əvivə gələcək dəstəyi təkcə vəziyyəti gərginləşdirməklə deyil, həm də nüvə fəlakəti ilə təhdid edir.

Bunu da parlamentari yazıb.

Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, İsrailin İranın nüvə obyektlərinə hücum etmək hüququ olmadığını bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə