…İsrail oktyabrın 7-də, HƏMAS-ın hücumunun ildönümündə İrana cavab zərbəsi endirməyə hazırlaşır.
SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” yazır ki, cavab tədbirinin “ciddi və əhəmiyyətli” olacağı gözlənilir.
Qəzet qeyd edir ki, belə bir zərbəyə hazırlıq əlamətləri başqa şeylərlə yanaşı, İsrailə beynəlxalq silah embarqosu tətbiq etməyə çağıran Fransa prezidenti Emmanuel Makronun bəyanatlarında da görünür.
...İsrail Müdafiə Qüvvələri İranın mülki İsrail vətəndaşlarına və İsrailə qarşı misli görünməmiş və qeyri-qanuni hücumuna cavab hazırlayır.
Bunu mənbə nəşrə bildirib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei daha əvvəl İsrailə hücumu tamamilə qanuni adlandırmışdı.
Eyni zamanda Tehran İsrailin hər hansı təcavüzkar hərəkətinə dərhal cavab verəcəyi barədə də xəbərdarlıq edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə