Ukrayna hakimiyyəti ərazilərin Rusiyaya verilməsindən danışıb

...Ukrayna Prezident Aparatı NATO-nun təhlükəsizlik zəmanəti müqabilində Rusiyaya mümkün ərazi güzəştləri barədə məlumatları cəfəngiyyat adlandırıb.

SİA xəbər verir ki, “Strana.ua” nəşrinin Telegram kanalına görə, ölkə hakimiyyəti Ukrayna və onun müttəfiqləri arasında guya davam edən danışıqlara həsr olunmuş “Financial Times” nəşri haqqında belə danışıb.

…Bu cəfəngiyatdır. Belə bir söhbət ümumiyyətlə yoxdur. Qərbdə heç kim Ukraynaya rəsmi və açıq şəkildə müharibənin genişlənməsinin və ya təkrarlanmasının qarşısını alacaq belə bir təhlükəsizlik zəmanəti təklif etməyib. Jurnalistlər bunu Prezident Aparatındakı mənbədən sitat gətirirlər.

Nəşrin həmsöhbəti həmçinin şikayət edib ki, Kiyevin müttəfiqləri hətta Ukraynaya uzaqmənzilli silahlarla daha dərin zərbələr endirmək hüququ verməkdən belə çəkinirlər. O qeyd edib ki, Ukrayna “suverenlik və əraziləri alver etmir”. Qeyd edək ki, bundan əvvəl “Financial Times” Ukraynanın öz müttəfiqləri ilə Rusiyaya ərazi güzəştləri perspektivlərini və Donbasın itirilməsinin tanınmasını müzakirə etdiyinə dair material dərc edib. Bunun müqabilində Kiyev guya NATO-ya üzvlük və nəticədə təhlükəsizlik zəmanəti ala bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə