İtaliyada nəqliyyat işçiləri tətil edirlər

İtaliyada yerli ictimai nəqliyyatda birgünlük milli tətil elan olunub. SİA xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər tətil ediblər. Buna səbəb kimi işçilərin əmək müqavilələrinin yenilənməməsi göstərilir.

Paytaxt Romada avtobus, metro və tramvay xətlərinin hərəkətində fasilələr yaranıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub, ictimai nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.

Milan, Turin, Neapol, Genuya və Bolonya kimi ölkənin digər böyük şəhərlərində də nəqliyyatın hərəkətində problemlər yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə