Bayden İsraili İranın neft yataqlarını vurmaqdan çəkindirir..?

...Oktyabrın 1-də baş verən kütləvi ballistik hücuma cavab olaraq, İsrail İranın neft obyektlərinə hücum etməməlidir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Amerika prezidenti Co Bayden belə hesab edir.

Qeyd edək ki, bu barədə “The New York Times” da məlumat yayıb.

…İsraillilər zərbə ilə bağlı necə davranacaqlarına hələ qərar verməyiblər. Bu müzakirə olunur. Mən onların yerində olsaydım, neft yataqlarına hücumdan başqa alternativlər haqqında düşünərdim.

Deməli, Bayden bunu ötən gün Ağ Evdə keçirdiyi brifinqdə deyib.

Baş nazir Benyamin Netanyahunun Livan və Qəzza zolağında diplomatik atəşkəs razılaşmasından imtina edib-etməməsi ilə bağlı suala Bayden bütün Amerika prezidentlərindən daha çox İsraili dəstəklədiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə