Pilotsuz təyyarələr Voronej vilayətində spirt zavoduna hücum edib

Oktyabrın 5-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın Voronej vilayətinə hücum edib.

SİA-nın “Obozrevatel”dən əldə etdiyi məlumata görə, hücum vilayətdəki Etanol spirti zavoduna edilib.

Regionun qubernatoru Aleksandr Qusev hava hücumundan müdafiə və elektron döyüş texnikasının bir neçə pilotsuz uçan aparatını vuraraq məhv etdiyini bildirib.

Rusiyalı rəsmiyə görə, Ukrayna Silahlı Qüvvələri mülki məhsullar istehsal edən bir neçə müəssisəyə hücum edib. Qubernator əlavə edib ki, insident nəticəsində bir nəfər qəlpələrdən yaralanıb.

Pilotsuz uçuş aparatların hücumuna məruz qalan digər müəssisədə isə tələfat və dağıntı olmayıb.

Buna da Qusev aydınlıq gətirib.

Yeri gəlmişkən, Rusiyanın əksər Teleqram kanalları Voronej vilayətinin Novoxoperski rayonundakı içki zavodunun hücuma məruz qalması barədə məlumatlar yayıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə