19 yaşlı qatil yarım saat ara ilə iki qadını öldürdü

İstanbulda qatil Səmih Çəlik (19) keçmiş sevgilisi olduğu iddia edilən İkbal Uzunərin (19) başını kəsərək Ədirnəqapı divarlarından aşağı atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çəliyin yarım saat əvvəl Eyüpsultanda yeni sevgilisi olduğu iddia edilən Ayşənur Xəlili (19) öldürdüyü aydın olub. Ciddi psixoloji problemləri olduğu bildirilən və 5 dəfə xəstəxanada müalicə alan qətl şübhəlisinin necə evə buraxıldığı araşdırılır.

İddiaya görə, ötən gün saat 15:30 radələrində qəssab Səmih Çəlik Ayşənur Xəlili bıçaqlayaraq öldürüb. Ayşənurun Çəliyin yeni sevgilisi olduğu iddia edilib.

Məktəb yoldaşı olan gənc qızı öldürən qatil daha sonra divarlardan atılaraq intihar edib.

Onun evində axtarış aparan qruplar karandaşla parçalanmış insan fiqurları olan dəftər tapıblar. Qatilin polisdə 3 cinayət qeydinin olduğu da öyrənilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə